Ağsuda bıçaqlanma hadisəsi baş verib. Bu barədə 25 noyabr tarixində APA məlumat verib.
Hadisə rayonun Qaşəd kəndində qeydə alınıb.
Hadisə nəticəsində 2002-ci il təvəllüdlü kənd sakini Allahverdiyev Qadi 2002-ci il təvəllüdlü həmkəndlisi Mehdiyev Ümidə bıçaqla xəsarət yetirib.
Şübhəli bilinən Q.Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb, müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırma aparılır.