Ağsuda mağazalardan oğurluq edən dəstə üzvləri tutulub. Bu barədə aprelin 25-də Report-a DİN-dən bildirilib.
Rayonun Hacısəmədli və Muradlı kəndlərində yerləşən iki mağazadan ümumi dəyəri 3 000 manat olan tütün məmulatları, spirtli içkilər, qadın geyimləri və ərzaq məhsulları oğurlanıb.
Oğurluqları törətməkdə şübhəli bilinən dəstə üzvləri, əvvəllər məhkum olunmuş Sərxan Hüseynov, Nicat Quliyev, Elvin Dursunəliyev,Tofiq Hacıyev və Rövşən Qasımov tutulublar.
Onlar cinayət əməllərini etiraf ediblər və oğurladıqlarını sataraq öz aralarında böldüklərini bildiriblər.
Məlum olub ki, onlar Ağdaş rayonundakı mağazadan da oğurluq ediblər.