Ağsu Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı rayonun Nuran kəndində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.
Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 25 noyabr tarixində xəbər verir.
Qanunsuz kömür istehsal edən şəxslərin kimliyi müəyyən olunub və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb olunublar.