Ağsuda 6 gün əvvəl qəzaya düşən azyaşlı ölüb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 1 avqust tarixində xəbər verir.
Hadisə iyulun 26-da Növcü kəndində qeydə alınıb.
Rəşad Mustafayev idarə etdiyi "VAZ 2106" markalı avtomobilin qarşısına iribuynuzlu heyvan çıxdığına görə qəza törədib.
Nəticədə avtomobildə olan sürücünün 2022-ci il təvəllüdlü oğlu Mehrac Mustafayev ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən körpə həkimlərin səyinə baxmayaraq, ötən gün vəfat edib.
Faktla bağlı araşdırma aparılır.