Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən bu gün, 20 oktyabr tarixində xəbər verir.
Ağsu rayonunun Kalva kəndində yük avtomobili aşıb.
Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.