Ermənistanın Dövlət Gəlirləri İdarəsinin rəisi Rustam Badasyan və Avropa İttifaqının bu ölkədəki nümayəndəsi Vasilis Maraqos Türkiyə ilə sərhədə gedib. Bu barədə İnsanoid Ermənistan KİV-lərinə istinadən bu gün, 23 may tarixində xəbər verir.
Səfər zamanı onlar sərhəddəki nəzarət-buraxılış məntəqəsinin infrastrukturu və fəaliyyətinin təşkili qaydaları ilə tanış olublar.
Marqara nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti “vahid pəncərə” sisteminə uyğun olaraq təşkil ediləcək.