Əlilliyi olan şəxslərin əl işlərinin sərgi və satışının təşkili üçün portal yaradılır. Bu haqda aprelin 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bu platforma vasitəsilə əlilliyi olan istedadlı şəxslər yaradıcılıq nümunələrini nümayiş etdirmə və sata bilmə imkanı qazanacaqlar.
Layihənin məqsədi bu kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.