top
Alimlər ulduz müşahidə olunmayan qalaktika kəşf ediblər
25 yanvar 2024, 04:49
- ↺ +

Alimlər ulduz müşahidə olunmayan qalaktika kəşf ediblər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astronomlar Tutqun Qalaktikalarla bağlı tədqiqat apararkən heç bir ulduz müşahidə olunmayan qalaktika kəşf ediblər. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 25 yanvar tarixində xəbər verir.

Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, J0613+52 qalaktikasını aşkarlayan Qrin Bank Rəsədxanasının (Green Bank Observatory) əməkdaşlarının cari tədqiqat işinin əsas məqsədi Tutqun Qalaktikalardakı qaz və dinamik kütləni araşdırmaqdır. Bu tip qalaktikalar ulduzəmələgəlmə prosesi, ulduz və qalaktikaların təkamülünü izləmək üçün ideal obyektlərdir.

Adətən, normal qalaktikaların mərkəzində bir və ya bir neçə super kütləli qara dəlik yerləşir və milyardlarla ulduzdan ibarət olur.

Kiçik cırtdan qalaktikalar olan Tutqun Qalaktikalar yüksək səviyyədə diffuz qaz və qara maddənin artıqlığı səbəbindən zəif işıq saçır və digər qalaktikalarla müqayisədə ulduzları azdır. Bizdən 270 milyon işıq ili məsafədə yerləşən J0613+52 qalaktikası isə demək olar ki, adi gözlə görünmür və ulduzlararası maddəni xatırladır. Tədqiqat qrupunun üzvləri düşünürlər ki, qalaktika digər kosmik obyektlərdən uzaqda yerləşdiyi üçün heç bir cazibə qüvvəsinin təsirinə məruz qalmayıb və ulduz əmələgəlmə prosesi baş verməyib. Digər normal cavan qalaktikalardan fərqli olaraq, J0613+52 ancaq qaz kütləsindən ibarətdir və ulduzlar müşahidə olunmur. Adətən, belə kiçik qalaktikalar bir neçə milyon zəif ulduza ev sahibliyi etsə də, müşahidələrdə heç bir ulduz qeyd olunmayıb.

Qalaktikanın müşahidəsi istiqamətində elmi-tədqiqat işləri davam etdirilir. Sonrakı tədqiqatlar qalaktikada heç bir ulduzun olmadığını təsdiqləsə, J0613+52 ilkin qazdan ibarət ilk kəşf olunan qalaktika ola bilər.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
06 noyabr 2026, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
06 noyabr 2026, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Xarici xəbərlər
06 noyabr 2026, 16:26

Daşkənddə anadan olan Sergio Qor Marko Rubionun yerinə ABŞ-nin dövlət katibi təyin oluna bilər

Oxşar xəbərlər