Almaniya Kansleri Olaf Şoltsun koronavirus testi müsbət çıxıb. Bu barədə İnsanoid siyasətçinin “X” sosial şəbəkəsindəki səhifəsinə istinadən bu gün, 18 dekabr tarixində xəbər verir.
“COVID-19 üçün test müsbət çıxdı. Simptomlar yüngüldür. Xəstəliyin yüngül keçəcəyini gözləyirəm”, - o qeyd edib.
O.Şolts işinə davam edəcəyini bildirib.