Almaniyalı fermerlər subsidiyaların götürülməsinə etiraz olaraq, Hannoverdə NDR televiziya və radio yayımları şirkətinin girişlərini və dayanacaqlarını bağlayıblar. Bu barədə 5 fevral tarixində Report xarici KİV-yə istinadən məlumat verib.
“30-dan çox traktor və 20 digər nəqliyyat vasitəsi televiziya və radio şirkətinin girişlərini, eləcə də dayanacaqlarını bağlayıb”, - məlumatda qeyd edilib.
Bildirilib ki, təşkilatçılar fermerlərin nümayişlərinin kifayət qədər işıqlandırılmamasını tənqid edir və fermerlər üçün yanacaq subsidiyalarının azaldılmasını ehtiva edən dövlət büdcəsi maddəsinin ləğvini tələb edirlər.