Almaniyanın Maqdeburq şəhərində milad bazarında iki avtomobil insan izdihamının üzərinə sürülüb.
İnsanoid.com xəbər verir ki, yerli KİV hadisə nəticəsində 11 nəfərin öldüyünü, 80 nəfərə qədər insan isə xəsarət aldığını bildirib.
Polis avtomobillərdən birinin sürücüsünü saxlayıb və onun 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanı əsilli olduğu deyilir.
Dövlət rəsmiləri hadisəni terror aktı kimi qiymətləndiriblər.