Amerikalı müğənni Teylor Svift ABŞ-nin “Time” jurnalının versiyasına görə, “İlin adamı” seçilib. Bu barədə 6 dekabr tarixində Report xarici KİV-yə istinadən xəbər verir.
"İlin adamı" adına ümumilikdə doqquz namizəd irəli sürülüb. Onların arasında Rusiya Prezidenti Vladimir Putin, Böyük Britaniya kralı III Çarlz, “Barbi” filminin baş rol ifaçısı Teylor Svift, ÇXR Sədri Si Cinpin olublar.
“Time” jurnalı 1927-ci ildən bəri hər il “İlin adamı”nı seçir: həmin adam 2022-ci ildə Ukrayna Prezidenti Volodimir Zelenski, bir il əvvəl isə İlon Mask seçilib.