Şəmkirdə Kür çayında ana və iki övladı bataraq ölüb. Bu barədə İnsanoid bu gün, 14 avqust tarixində Report-a istinadən məlumat verir.
Hadisə Kür çayının Şəmkir rayon Dəllər Cırdaxan kəndindən keçən hissəsində qeydə alınıb.
Qazax rayon sakinləri - 38 yaşlı Günay Kərimova, onun oğulları 20 yaşlı Nurlan Kərimov və 15 yaşlı Akşin Kərimov bataraq ölüblər.
Onların meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.