Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov sentyabrın 12-də Xaçmazda vətəndaşları qəbul edəcək.
Bu barədə İnsanoid bu gün, 7 sentyabr tarixində Nazirliyə istinadən məlumat verir.
Qəbul saat 10:00-da Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında baş tutacaq.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Bunu Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinə 050-524-84-15 zəng vuraraq etmək mümkündür.
Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədlərini özləri ilə gətirməlidirlər.