Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhətində qəfil problem yaranıb. Bu barədə İnsanoid Türkiyə KİV-lərinə istinadən bu gün, 4 oktyabr tarixində xəbər verir.
Prezident səhhətində yaranmış problemə görə, oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilməsi planlaşdırılan 3-cü Avropa Siyasi Birliyinin Zirvə Toplantısına qatılmayacaq. Bundan əlavə, dövlət başçısının digər proqramları da ləğv edilib.