Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin Astana şəhərindəki abidəsi götürülüb. Bu barədə 12 yanvar tarixində APA xarici KİV-yə istinadən məlumat verib.
Nazir Nurlan Yermekbayevin əmri ilə "Qazaxıstan Respublikasının ilk prezidenti adına Milli Müdafiə Universiteti — Elbası" adı "Qazaxıstan Respublikası Milli Müdafiə Universiteti" olaraq dəyişdirilib.
Hazırda abidə Müdafiə Nazirliyinin binalarından birində müvəqqəti saxlanılır.