Astaranın Şiyəkəran kənd sakini S.Rzayevin evindən silah-sursat və heroin aşkar edilib. Bu barədə aprelin 25-də Daxili İşlər Nazirliyindən APA-ya bildirilib.
Evə baxış zamanı oradan 1 ədəd qumbara, 1 ədəd süngü bıçaq və 54 qram heroin aşkar edilərək götürülüb.