Astarada gənc oğlan əmisinin həyat yoldaşını baltalayıb. Bu haqda aprelin 22-də Kriminalqafqaz məlumat yayıb.
İnsident Ovala kəndində baş verib. 20 yaşlı kənd sakini 1984-cü il təvəllüdlü qohumuna balta ilə kürək nahiyəsindən xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.