Astara rayonunda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb. Bu barədə 29 yanvar tarixində Report məlumat verib.
Hadisə rayonun Qamışoba kəndi ərazisində baş verib.
Belə ki, "VAZ-2106" markalı avtomobil yolu keçən Cəlilabad rayonunun 5 yaşlı Çəmənli kənd sakini F. Yadigar qızı Nəzərovanı vurub. Sürücü uşağı xəstəxanaya çatdırmağa səy göstərib. Lakin yaralı xəstəxanaya çatdırılana qədər yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.
Azyaşlı Astaraya işləməyə gələn anası ilə birlikdə yaşayırmış.