Astarada bir nəfər dənizdə batıb. Bu barədə İnsanoid 22 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Hadisə Xəzərin Şahağac kəndinə düşən ərazisində qeydə alınıb.
Həmin ərazi nəzarətsizdir və ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralıdır.
Hazırda dalğıc-xilasedicilər axtarışlara cəlb olunublar.
Axtarışlar davam edir.