“Atasığorta” ASC-nin İdarə Heyətinin sədri Xətai İsmayılov işdən çıxıb. Bu barədə 9 yanvar tarixində Report məlumat verib.
Sədr vəzifəsinin icrası onun müavini Seymur Əliyevə həvalə edilib.
“Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "Ata Holdinq" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.