Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimi başlayıb. Bu barədə İnsanoid bu gün, 8 yanvar tarixində xəbər verir.
Mərasim S.Bəhlulzadə adına Mədəniyyət Mərkəzində keçirilir.
Sənət dostları A. Bəylərlə vidalaşmaq üçün bura toplaşırlar.
Əməkdar artist Suraxanı qəbiristanlığında torpağa tapşırılacaq.
48 yaşlı Əməkdar artist uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
[video width="1920" height="1080" mp4="https://insanoid.com/storage/thumbs/large/2024/01/Sequence-01_13.mp4"][/video]