“Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradov 31 oktyabr tarixində həbsdən azadlığa buraxılıb.
Məhkəmə bu qərarı sabiq sədrin xərçəng xəstəliyi ilə bağlı qəbul edib.
Vidadi Muradov cari ilin 9 yanvar tarixində həbs edilib və 22 milyon manatı mənimsəməkdə təqsirli bilinib. O, 640 min manat məbləğində vergiləri ödəməkdən yayınmasında, işlərin daha ucuz və keyfiyyətsiz işlərlə əvəz edilməsində və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində ittiham olunurdu.