“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov vəfat edib. Bu haqda APA noyabrın 5-də məlumat yayıb.
Sabiq sədr onkoloji xəstəlikdən əziyyət çəkirdi. Bu səbəbdən məhkəmə noyabrın 1-də onun azadlığa buraxılması haqda qərar qəbul edib.
Vidadi Muradov 2021-ci ilin 9 yanvar tarixində həbs edilmişdir. O, 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham olunmuşdur.