Azad edilmiş ərazilərdə daha çox ənənəvi minalara rast gəlinir. Bu barədə 21 aprel tarixində Report Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinə istinadən məlumat verib.
Onun sözlərinə görə, axtarış zamanı həm piyada, həm də tank əleyhinə minalara rast gəlinir.
“Ermənilər daha çox kəmiyyətə üstünlük veriblər. Yəni partlayıcı maddənin çəkisini az etməklə, minaların sayını çoxaltmağa çalışıblar, bu isə daha çox itki üçün hesablanmış plan idi ”, - deyə o bildirib.