Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq, ümumilikdə 987 ailənin (3 932 nəfər) köçürülməsi təmin olunub. Bunu Baş nazir Əli Əsədov dekabrın 5-də keçirilən parlamentin plenar iclasında çıxışı zamanı deyib.
Bu barədə 5 dekabr tarixində Report məlumat verib.
O bildirib ki, ilin sonunadək daha 215 ailənin köçürülməsi gözlənilir:
"Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə qayıdış prosesinin ilkin mərhələsinə start verilib, 2026-cı ilədək 34 500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulub".