AZAL barəsində inzibati protokol tərtib edilib. Bu haqda Baku Tv aprelin 21-də xəbər verib.
Şirkət “mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi” maddəsilə cərimələnib.
Protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Sözügedən maddəyə əsasən, vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər isə 1 500 manat cərimə edilir.