AZAL aviaşirkətinin İsrailə gedən və ya İsraildən gələn reyslərinin sərnişinlərinə cəriməsiz biletin qiymətini tam şəkildə geri qaytarmağa və ya pulsuz yenidən rezervasiyasına icazə verilir. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 9 oktyabr tarixində xəbər verir.
İsraildə mövcud fövqəladə vəziyyət səbəbindən aviaşirkətin xidmətlərindən istifadə edə bilməyən sərnişinlərə qeyd olunan icazələr verilir.