top
Azər Aydəmir: “Üç ay ərzində gündəmi məşğul edəcəyimizə ümidliyik” – AÇIQLAMA
14 yanvar 2025, 03:41
- ↺ +

Azər Aydəmir: “Üç ay ərzində gündəmi məşğul edəcəyimizə ümidliyik” – AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Əqrəb Mövsümü 2 – Dünya 1 olsa” yeni çoxseriyalı bədii filminin yayım vaxtı açıqlanıb. Bununla bağlı sosial şəbəkələrdə paylaşımlara rast gəldik. Bu mövsümdə nələr olacağı hər kəs üçün maraqlıdır.

Bakuplus.az-ın əməkdaşı filmin ssenaristi Azər Aydəmir ilə danışıb.

Ssenarist bildirib ki, filmin xətti real hadisələr əsasında yeni cinayət işinin üzərində cərəyan edir:

“Film fevralın 8-dən etibarən hər şənbə saat 22:00-da yayımlanacaq. Bu mövsüm də 12 seriyadan ibarətdir. Yeni hekayədir. Real hadisələr əsasında yeni cinayət işinin üzərində cərəyan edir”.

A.Aydəmir aktyor heyətindən də bəhs edib:

“Aktyorların demək olar ki, bir çoxu dəyişib. Daimi aktyorlardan mən, Rövşən Məmmədli, Elşən Rüstəmov və sevgilim rolunu canlandıran Fəridə Şahbazovadır”.

Azər Aydəmir bu mövsümün birincidən daha maraqlı və həyəcanlı olacağını söyləyib:

“Ümid edirəm ki, birincidən daha maraqlı və həyəcanlı olacaq. Çünki real hadisələr əsasında olması buna dəlalət edir. Həftəlik serialdır. Üç ay ərzində ölkənin gündəmini “Əqrəb mövsümü” ilə məşğul edəcəyimizə ümid edirik”.

Qeyd edək ki, daha öncə də “Əqrəb mövsümü” tamaşaçıların böyük marağına səbəb olmuşdu

“Əqrəb mövsümü” 2023-cü ilin yanvarında yayımlanıb. Dram, triller və detektiv janrlarını ehtiva edən serial Ceyhun Hidayətlinin 2015-ci ildə nəşr olunmuş “Əqrəb” romanı əsasında çəkilib. Rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmirdir. İlk mövsümdə 12 seriyası yayımlanıb. Serialın çəkilişi 2021-ci ildə başa çatsa da, pandemiya səbəbindən yayımı gecikib.

Nəzrin Vahid 

Son xəbərlər

Cəmiyyət
Dünən, 15:57

Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib

Cəmiyyət
Dünən, 15:56

Ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Cəmiyyət
Dünən, 15:52

Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb

Cəmiyyət
Dünən, 15:51

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb

Cəmiyyət
Dünən, 15:42

Bakıda təhsil işçiləri metro və avtobusa 1 qəpik ödəyəcəklər

Cəmiyyət
Dünən, 15:38

Vüqar Bayramov: "Kredit götürən şəxs işsiz qalmaq riskindən sığortalanacaq"

Cəmiyyət
Dünən, 15:10

Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib

Cəmiyyət
Dünən, 13:24

"Araz Supermarket" barədə protokol tərtib olunub

Cəmiyyət
Dünən, 13:17

X–XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi prosesinə aydınlıq gətirilib

Cəmiyyət
Dünən, 13:04

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Siyasət
Dünən, 12:56

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

Cəmiyyət
Dünən, 12:21

Firudin Qurbanov vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib

İqtisadiyyat
Dünən, 12:07

ZachXBT: "Binance" birjası əməkdaşının Şimali Koreyalı qadın casusla sevgi münasibəti səbəbindən 6 milyard dollar oğurlanıb"

Cəmiyyət
Dünən, 12:01

İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Cəmiyyət
Dünən, 11:52

"Halloween"i tənqid edən Sinan Akçılın arxiv fotosu ortaya çıxdı

Cəmiyyət
Dünən, 11:45

Vergi yoxlamasından yayınmaq müqabilində 200 min manat rüşvət almaqda ittiham olunan üç vəzifəli şəxsin işi məhkəməyə göndərilib

Cəmiyyət
Dünən, 11:44

84 yaşlı Amitabh Baççan gülləkeçirməz şüşə arxasında azarkeşləri ilə görüşüb - VİDEO

Cəmiyyət
Dünən, 11:38

"O, həddindən artıq populyarlaşır. Bu, məni sevindirmir" - Tramp Rubio barədə

Cəmiyyət
Dünən, 11:34

Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

Cəmiyyət
Dünən, 11:04

Kimi Antonelli "Formula-1" tarixinin ən gənc çempionu olub

Cəmiyyət
Dünən, 10:23

DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Oxşar xəbərlər