Pediatr Xəyalə Quliyeva Misirdə ağır qəzaya düşüb. Bu barədə 25 oktyabr tarixində Qafqazinfo məlumat verib.
Xəyalə Quliyeva qəza nəticəsində aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisə zamanı onunla birgə avtomobildə olan həyat yoldaşı isə nisbətən yüngül xəsarətlər alıb.
Əməliyyat olunan X.Quliyevanın vəziyyətinin ağır olduğu bildirilir.