ABŞ-nin paytaxtı Vaşinqtonda magistr təhsili alan BMU-nun məzunu Nicat Hüseynov keçirdiyi avtomobil qəzasından sonra dünyasını dəyişib. Bu barədə 22 oktyabr tarixində “Qafqazinfo” xəbər verib.
Məlumata görə, o, qəzadan sonra müalicə aldığı Corc Vaşinqton Universitetinin hospitalında vəfat edib.
Qeyd edək ki, Nicat Hüseynov BMU-nun kompüter mühəndisliyi ixtisasından məzun olub.