"Azərişıq"ın əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb.
Report.az xəbər verir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb.
"Azərişıq" ASC-də montyor işləyən Şakir Yunusovu rayon ərazisində transformatorda iş görən zaman elektrik cərəyanı vurub. Nəticədə Ş. Yunusov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.