Cari ilin ilk 3 ayı ərzində “Azərkosmos” ASC dünyanın 31 ölkəsinə 6,2 milyon dollar dəyərində xidmət ixrac edib. Bu barədə 29 aprel tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dərc etdiyi “İxrac icmalı”nda deyilir.
Hesabat dövründə peyk telekommunikasiya və optik peyk xidmətləri ən çox Birləşmiş Krallıq (1,6 milyon dollar), Fransa (1,1 milyon dollar), Lüksemburq (1,1 milyon dollar), BƏƏ (0,6 milyon dollar) və Pakistana (0,4 milyon dollar) ixrac edilib. Cari ilin mart ayında isə dünyanın 30 ölkəsinə 2,1 milyon dollar dəyərində xidmət ixrac edilib.
Azərkosmos 2010-cu ildə təsis edilib. Təşkilat peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri ixrac edir.