top
Azərpoçt: “Çatdırılmanın ödənişini onlayn qaydada həyata keçirmirik”
14 dekabr 2023, 06:20
- ↺ +

Azərpoçt: “Çatdırılmanın ödənişini onlayn qaydada həyata keçirmirik”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kiberdələduzlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt”MMC-nin müştərilərini, eləcə də digər vətəndaşları hədəfə alıblar.

Bu barədə İnsanoid şirkətə istinadən bu gün, 14 dekabr tarixində xəbər verir.

Son zamanlar vətəndaşlara “Azərpoçt”un adından kütləvi şəkildə saxta mesajlar göndərilir, həmin mesajlarda vətəndaşların bağlamasının ölkəyə daxil olduğu, amma guya ev ünvanının natamamlığı səbəbindən mənzilə çatdırılmadığı qeyd olunur və elə həmin mesajda da saxta link göndərilir ki, ünvan və digər fərdi məlumatlar daxil edilsin.

"Belə olduğu halda da vətəndaşlar, çox təəssüf ki, aldanaraq, öz fərdi, xüsusilə bank kartı məlumatlarını daxil edirlər və dərhal kiberdələduzların qurbanına çevrilirlər.

“Azərpoçt” olaraq, vətəndaşlarımızı ayıq-sayıq olmağa, onlara gələn mesajlara, linklərə həssas yanaşmağa çağırır, xüsusilə bildiririk ki, “Azərpoçt” bağlama çatdırılmasının ödənişini onlayn qaydada həyata keçirmir və heç bir halda vətəndaşa məxsus kart məlumatlarını tələb etmir.

Saxta və həqiqi mesaj nümunələri aşağıdakı kimidir:

SAXTA MESAJ:

Azərpoçt: Paketiniz anbara gəlib, lakin ünvan məlumatı natamam olduğu üçün çatdırıla bilmir. Zəhmət olmasa, linkdəki ünvanı təsdiqləyin.

https://post.az-com.top/aze - YANLIŞ LİNK

(Ən son logistika statusunu əldə etmək üçün linki kopyalayın və Safari-də açın) – YANLIŞ YÖNLƏNDİRMƏ

HƏQİQİ MESAJ:

ADINIZA DAXIL OLMUSH BB023584438AZ SAYLI GONDERISHI SHEXSIYYET VESIQENIZI TEQDIM ETMEKLE AZ4700 POCHT SHOBESINDE ALA BILERSINIZ. AZERPOCHT

Saxta mesajlarda vətəndaş yanlış linklərə yönləndirilir və ondan növbəti addımlar atması tələb olunur. Həqiqi mesajda isə vətəndaş heç bir linkə yönləndirilmir, mütləq poçt göndərişinin 13 simvoldan ibarət izləmə nömrəsi və təhvil almaq üçün poçt şöbəsinin indeksi qeyd olunur.

Vətəndaşlardan “Azərpoçt”la bağlı şübhəli mesaj və bildirişlər aldıqda, dərhal “Azərpoçt”un 169 Çağrı mərkəzi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmalarını xahiş edirik", - deyə açıqlamada qeyd olunub.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
06 noyabr 2026, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
06 noyabr 2026, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Oxşar xəbərlər