Ağdaşda 2 yaşlı uşaq badam qırıntılarından boğularaq ölüb.
APA xəbər verir ki, 2023-cü il təvəllüdlü K.İ. badam qırıntılarının nəfəs borusuna düşməsi nəticəsində axşam saatlarında kəskin tənəffüs çatışmazlığı və bronxit bronxosdisiyası diaqnozu ilə xəstəxanaya çatdırılsa da, azyaşlı dünən vəfat edib.
Faktla bağlı araşdırılmaya başlanılıb.