Həbs edilən Bahar Candan həbsxanada zabitlə mübahisə edib. Bu barədə İnsanoid Türkiyə mediasına istinadən bu gün, 22 noyabr tarixində xəbər verir.
İddialara görə, mübahisəyə səbəb fenomenin yeməkləri bəyənməməsi olub.
Dəb yarışmasında tanınan sosial media fenomenləri Bahar Candan və Nihal Candan bacıları dələduzluq və çirkli pulların yuyulması əməllərində şübhəli bilindiklərinə görə saxlanılaraq həbs ediliblər.
Son zamanlar Türkiyədə kütləvi şəkil alan bloger həbsləri davam edir.