Oktyabrın 21-də Qaradağ rayon Sahil qəsəbəsində həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə 22 oktyabr tarixində rayon prokurorluğundan məlumat verilib.
Araşdırmalarla müəyyən edilib ki, Vilayət Məmmədov aralarında yaranan mübahisə zamanı 31 yaşlı həyat yoldaşını məftillə boğaraq öldürüb. Faktla bağlı cinayət işi başlanılıb.
Bu, bir ay ərzində qeydə alınan üçüncü oxşar hadisədir. Oktyabrın 8-də və 15-də analoji qətl hadisələri baş verib. Sentyabrın 30-da isə paytaxtın Nizami rayonunda polis əməkdaşı şöbədə həyat yoldaşını xidməti silahla öldürüb.
Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.