Yanvarın 6-da saat 07:00 radələrində Binəqədi rayonunun eyniadlı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 6 yanvar tarixində Report məlumat verib.
Belə ki, “Mercedes” markalı avtomobil yolun piyada keçidi olmayan hissəsində 1963-cü il təvəllüdlü Kərimova Səyyara Misir qızını vurub.
Qadın hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.