İmtahana gedən qız özünü 16-cı mərtəbədən atdı. Bu barədə 18 yanvar tarixində Lent.az məlumat verib.
Hadisə Nizami rayonu "Qara Qarayev" metro stansiyası yaxınlığında qeydə alınıb.
18 yaşlı paytaxt sakini L. Seyfullayeva hündürmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü ataraq intihar edib.
İddialara görə, L. Seyfullayeva Hövsan qəsəbəsində yaşayıb. Onun kollec tələbəsi olduğu bildirilir.
İntiharın dəqiq səbəbləri hələlik məlum olmasa da, L. Seyfullayevanın hadisə baş verən gün imtahana getdiyi bildirilir. Belə ki, onun imtahan vermək üçün evdən çıxdığı, lakin özünü binadan ataraq intihar etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.