Ötən il metropoliten sərnişin daşınmasından 26 154 400 manat gəlir əldə edib. Bu, ötən illə müqayisədə 21% çoxdur. Bu barədə APA aprelin 21-də məlumat yayıb.
2020-ci ildə sözügedən göstərici 21 623 100 manat təşkil edib.
Qeyd edək ki, bu il metrodan istifadə edən sərnişinlərin sayı 90 232 400 olub. Bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 20,8% çoxdur.