Artıq 4-cü gündür ki, paytaxt sakinləri israillilərlə həmrəylik əlaməti olaraq, İsrail səfirliyinin binasına gələrək gül dəstələri düzməkdə davam edirlər. Bu barədə İnsanoid AzFront-a istinadən bu gün, 11 oktyabr tarixində xəbər verir.
Bəzi ziyarətçilər İsraildə baş verən dəhşətli hadisələrdə günahsız insanların öldürülməsinə, uşaqların başlarının kəsilməsinə təsirsiz qala bilməyiblər. Onların arasında göz yaşlarını saxlaya bilməyənlər də olub.