Paytaxtın Xətai rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 18 oktyabr tarixində xəbər verib.
Avtomobil yolu keçən 12 yaşlı Zərifə Abdullazadəni vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.