Yasamalda narkotik maddələrin qanunsuz satışına qarşı əməliyyat keçirilib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 12 oktyabr tarixində xəbər verir.
Yasamal polisi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən paytaxt sakinləri Loğman Mirzəzadə, Elbrus Hüseynov, Ələkbər Adıgözəlov, İlahə Hüseynova və Rövşən Vəliyev saxlanılıblar.
Həmin şəxslərdən 20 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 3 kiloqram heroin və metamfetamin aşkar edilib.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının son 15 gündə həyata keçirdikləri silsilə əməliyyatlar zamanı ümumilikdə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 51 nəfər saxlanılıb.
Onlardan ümumilikdə 33 kiloqram müxtəlif xassəli narkotik vasitə, psixotrop maddə, elektron tərəzilər və satışı qadağan edilən həblər aşkar olunub.