Bu gün saat 14:00 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsindəki evlərin birində 1974-cü il təvəllüdlü Zülfüqarova Xalidə Şirəli qızı boğularaq öldürülüb. Bu barədə 14 sentyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Qadının 1960-cı il təvəllüdlü həyat yoldaşı Məmmədov Şahniyar Məhəmməd oğlu şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi qısqanclıq zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.