Paytaxtın Sabunçu rayonunda 90 saylı tam orta məktəbin şagirdinin göz nahiyəsindən xəsarət alması ilə bağlı polisə daxil olan məlumat araşdırılıb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən 27 noyabrda məlumat verir.
Araşdırmalarla şagirdin göz nahiyəsindəki xəsarət faktında qəsd müəyyən olunmayıb. Müəyyən edilib ki, hadisə məktəbin akt zalında digər şagirdin ona dəyməsi nəticəsində baş verib.
Bütün sorğular və aparılan araşdırmalarla məktəblinin hansısa formada qəsdə məruz qalması ilə bağlı iddialar təsdiqini tapmayıb.