10-11 iyun tarixlərində Milli Marketinq Forumu bu il 8-ci dəfə həyata keçiriləcək. Bu barədə 6 may tarixində Report məlumat verib.
Məlumatda bildirilib ki, tədbir “Baku Marriott Hotel Boulevard”da baş tutacaq.
Forumun əsas məqsədi ölkəmizdə marketinq sahəsinin inkişafına dəstək, sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsi və bazarda mövcud olan və mövcud ola biləcək yeni tendensiyaların gündəmə gətirilməsidir.
Qeyd edək ki, Milli Marketinq Forumu 2013-cü ildən etibarən fəaliyyət göstərir.
Tədbirlə bağlı daha ətraflı məlumatı link-ə keçid edərək əldə etmək olar.