Paytaxtın Binəqədi rayonunda bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda aprelin 28-də APA məlumat paylaşıb.
Moped nasaz vəziyyətdə yolda dayanan “Range Rover” markalı avtomobilə çırpılıb. Nəticədə moped sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma davam edir.