Xəzər rayonunun Binə qəsəbəsində silah-sursat aşkar edilib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 21 dekabr tarixində məlumat verir.
N.Abbasov küçəsində yerləşən yarımtikiliyə baxış zamanı oradan 1 ədəd “Toz 8” markalı ov tüfəngi və 2 ədəd "G-303 CSS” markalı tüstülü əl qumbarası aşkar edilib. Qeyd edilən silah və qumbaralar təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.