Badamdar qəsəbəsində Vətən müharibəsində şəhid olan hərbçi Etibar Nəcəfovun xatirəsinə inşa edilən bulağın açılışı olub. Bu haqda Report mayın 6-da məlumat yayıb.
Açılışda Səbail və Laçın rayon icra hakimiyyətlərinin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bu, şəhid E. Nəcəfovun xatirəsinə inşa edilən üçüncü bulaqdır. Digər iki bulaq isə şəhidin boya-başa çatdığı Ağcabədi rayonunda istifadəyə verilib.