Sosial şəbəkələrdə “ölüm oyunu” adı ilə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində təpəlikdən kənar dairəvi yola təkər atanlar tutulublar. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 5 oktyabr tarixində xəbər verir.
Polis əməkdaşları tərəfindən hərəkət iştirakçılarının həyatına və əmlakına real təhlükə yaradan şəxslər müəyyən ediliblər. Həmin əməli törədən şəxslər – 17 yaşlı Sədrəddin Həsənov və 16 yaşlı Pünhan Hüseynli saxlanılaraq polis orqanına gətiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq, ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcəkdir.
[caption id="attachment_133683" align="alignnone" width="696"]
Foto DİN[/caption]